Xalq artisti xəstəxanaya yerləşdirilib

Xalq artisti xəstəxanaya yerləşdirilib
5466 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Muxtar Maniyev xəstəxanaya yerləşdirilib.

Axşam.az xəbər verir ki, bu barədə APA-ya M. Maniyevin həyat yoldaşı Nəsibə Maniyeva məlumat verib.
Onun sözlərinə görə, sentyabrın 2-də xalq artistinin səhhəti qəfil pisləşib və onu Bakı Sağlamlıq Mərkəzinin Reanimasiya Şöbəsinə yerləşdiriblər. M.Maniyevin vəziyyəti orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, M. Maniyev şəkərli diabetdən əziyyət çəkir. 2015-ci il avqustun 11-də xalq artistinin sol ayağı, bu ilin martın 15-də isə sağ ayağı Elmi Cərrahiyyə Mərkəzində amputasiya edilib. Xalq artisti M. Maniyev 1935-ci ildə Bakıda anadan olub. O, 150-dən çox Azərbaycan filmində müxtəlif dərəcəli rollar oynayıb.