Faiq Ağayevin “VİDA”sı ortaya çıxdı

Faiq Ağayevin “VİDA”sı ortaya çıxdı
883 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Faiq Ağayevin ötən ilin dekabrında Heydər Əliyev sarayında baş tutan solo konserti bu gün “Lider” telekanalında yayıma başlayacaq.
 
Axşam.az-ın məlumatına görə, “F.A. VİDA” adlı konsert 22:30-da yayımlanacaq.

Müğənninin bu günü seçməsinin iki səbəbi var: ilk növbətə xalq artisti solo konsertinin dahi bəstəkar Üzeyir Hacıbəyovun doğum günündə efirə verilməsini istəyib. Digər tərəfdən isə ötən gün faiq Ağayevin xalq artisti adına layiq görülməsinin 5 ili tamam olub.