Aygün Kazımova Sinan Akcılı şoka salıb

Aygün Kazımova Sinan Akcılı şoka salıb
3665 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Aygün Kazımovanın avtomobil idarə etməsi türkiyəli ifaçı Sinan Akcılı təəccübləndirib.

Axşam.az-ın məlumatına görə, bu haqda Sinan “Onlar” verilişinə açıqlamasında deyib.

O, Aygün Kazımovanın hərəkətinə şok olduğunu etiraf edib:

“Bu necə bir qadındır başa düşmədim. Avtomobil idarə etməsinə çox təəccübləndim. Eyni vaxtda həm televizora baxır, həm radioya qulaq asır, həm makiyaj edir, həm də telefonla danışır. Arada imkan tapanda isə yola baxır”.

Sinan Akcıl “Fark atıyor” mahnısını xalq artisti ilə Bakı konsertində duet oxuyacaqlarını da bildirib.

Aygün Kazımova isə onunla bir araya gəlmələrinin səbəbini açıqlayıb:

“İndi Sinan Akcılın çalışdığı “Pol production”la çalışıram. “Doqquzsəkkiz” şirkətinin rəhbəri Əhməd Çələklə bərabər iki il işlədik. Üç layihə reallaşdırdıq. İşbirliyimiz bitdi”.