“Elza anlayır ki, belə məsləhətdi” – Brilliant Dadaşova

“Elza anlayır ki, belə məsləhətdi” –  Brilliant Dadaşova
1769 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Brilliant Dadaşova sentyabrın 15-də baş tutan ad günündə çoxlu təbriklər alıb.

Axşam.az-ın məlumatına görə, sənətçi ATV telekanalında yayımlanan “Onlar” verilişinə açıqlamasında deyib ki, evində hədiyyələrdən yer yoxdur:

“Əvvəllər təkcə mesaj gəlirdi. İndi isə “Facebook”, “WhatsApp” və digər sosial şəbəkələr var. Hamıya da cavab verməlisən. Evdə hədiyyədən yer yoxdur. Heç çoxunu kim göndərib bilmirəm”.

Brilliant Dadaşovanın sözlərinə görə, əməkdar artist Elza Seyidcahanın “Sizə güvəndiyim dağlar” mahnısını ifa edəcək.

O, Elzadan icazəsiz bəstədə dəyişikliklər etdiyini gizlətməyib:

“Elzadan icazə almamışam. Amma mənə əsəbiləşməyəcəyini bilirəm. Çünki anlayır ki, mən də musiqiçiyəm, əgər nəyisə dəyişmişəmsə, deməli, belə də məsləhətdi”.