Ayanla Nadirin dueti ətrafındakı qalmaqal davam edir

Ayanla Nadirin dueti ətrafındakı qalmaqal davam edir
1711 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Nadir Qafarzadə və Ayan Babakişiyevanın birlikdə oxuduğu “Sənin üçün” adlı duet ətrafındakı söz-söhbətlər səngimək bilmir.

Axşam.az-ın məlumatına görə, mahnının əsl sahibi meyxanaçı Samir Ayanla Nadiri məhkəməyə verib.

O, hər iki ifaçının bəstəni ondan oğurladığını, icazəsiz səsləndirdiyini iddia edib.

Nadir isə “Onlar” verilişinə açıqlamasında məsələdən xəbərsiz olduğunu, lazım gələrsə, məhkəmə qarşısına çıxa biləcəyini deyib:

“Mənə demişdilər ki, mahnı üçün Samirdən icazə alınıb. Buna görə də oxumağa razılıq vermişdim. Mənim hadisələrdən xəbərim yoxdur. Əgər məhkəməyə verirsə, gedib hakim qarşısında cavab verərəm. Adam öldürməmişəm ki... Klip üçün ayırdığım pulu verərəm Samirə sakitləşər”.
 
Ayan isə meyxanaçıya heç bir məbləğ ödəməyəcəyini bildirib:

“Hər yerdə demişəm ki, bu, Samirin mahnısıdır. Mən nəyisə danmamışam. Ona təzminat ödəmək fikrim yoxdur. Samirdən icazə alınıb. Onun hərəkətini başa düşmədim”.