Gənc Tamaşaçılar Teatrı festivala gedir

Gənc Tamaşaçılar Teatrı festivala gedir
216 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı yeni 89-cu teatr mövsümünün ilk premyeralarını təqdim etdikdən sonra dörd Beynəlxalq Teatr Festivalında iştirak edəcək.

Axşam.az-ın məlumatına görə, teatrın kollektivi oktyabrda RF-nın Perm şəhərində keçiriləcək II Beynəlxalq Martin MakDonax Teatr Festivalında və Vilnus və Visaqinas (Litva) şəhərlərində keçiriləcək “Atspindys” XI Beynəlxalq monotamaşalar festivalında iştirak etmək üçün dəvət alıb.

Kollektiv cari ilin noyabrında isə Moldova Respublikasının Kişinyev şəhərində keçiriləcək “Moldfest.Rampa.Ru” VIII Beynəlxalq Teatr Festivalında, eləcə də RF-nın Kalmıkiya Respublikasında fəaliyyət göstərən Kalmık Milli Dram teatrında qastrol səfərində olacaq.

Teatrın kollektivi II Beynəlxalq Martin MakDonax Teatr Festivalında Martin MakDonaxın  “Lineynin trilogiyası”na daxil olan “Gözəllik kraliçası” tamaşası ilə çıxış edəcək.

Oktyabrın 11-dən 17-ə dək “Atspindys” XI Beynəlxalq monotamaşalar festivalında isə kollektiv S.Bekketin “Sössüz” Monotamaşası ilə çıxış etməyi planlaşdırır.