Ana olmaq istəyən Ancelina Coli həyatını riskə atır

Ana olmaq istəyən Ancelina Coli həyatını riskə atır
1485 dəfə oxunub
  • A-
  • A
  • A+

Xərçəng riskini azaltmaq üçün Hollivud aktrisası Ancelina Coli yumurtalıqlarını aldırmalı idi.

Axşam.az-ın məlumatına görə, yenidən uşaq dünyaya gətirmək istəyən ulduz əməliyyat keçirməkdən imtina edib. Colinin həkimləri nə qədər bunun riskli addım olduğunu söyləsələr də, Ancelina fikrindən daşınmayacağını deyib.

Colinin yaxın dostu “İn touch” jurnalına müsahibə verərkən hər kəsi təəccübləndirib: “Hesab edirəm ki, Coli uşaq sahibi olmaq istəyir. Əməliyyatdan imtina etməsinin səbəbi də elə budur. Amma ümid edirəm ki, Coli əməliyyatını təxirə salmaz. Bu məni çox qorxudur. Çünki onun gözəl ailəsi ilə birgə xoşbəxt olmasını istəyirəm”.

Gözəl aktrisanın həkimləri isə tezliklə Ancelinanın əməliyyat olunmasını vacib sayırlar və əks halda həyatını təhlükəyə atacağını söyləyirlər.

Xatırladaq ki, xərçəng riski ilə üz-üzə qaldığı üçün Ancelina Coli daha əvvəl də əməliyyat keçirərək 2 sinəsini aldırmışdı.

Çinarə