Səidə Sultanın Almaniyada çəkdirdiyi klip

Səidə Sultanın Almaniyada çəkdirdiyi klip
6104 dəfə oxunub
  • A-
  • A
  • A+

 Müğənni Səidə Sultan sözləri Leyli İsrafilovaya, musiqisi Hakan Erola məxsus olan “Hərdən arada” mahnısına klip çəkdirib.

Axşam.az xəbər verir ki, bu barədə müğənni Lent.az-a açıqlamasında deyib. O, bildirib ki, klip Almaniyada lentə alınıb: “İfa etdiyim “Hərdən arada” mahnısına Almaniyanın Köln şəhərində klip çəkdik. Ekran işinin rejissoru Mr.İsmayılov, operatoru isə Luigi Cassaro idi. Klipin ərsəyə gəlməsində zəhməti keçən Almaniyada yaşayan həmvətənlərimiz Zaur Məmmədov, Seilan Məmmədov və ekran işində əsas obrazı oynayan Elşən Atayaroğluna  öz minnətdarlığımı bildirirəm. Fərqli bir klip ərsəyə gəldiyini deyə bilərəm”.