Röyadan İlhamə Quliyevaya brilyant hədiyyə

Röyadan İlhamə Quliyevaya brilyant hədiyyə
2431 dəfə oxunub
  • A-
  • A
  • A+
Ötən gün müğənni Zamiq Hüseynovun “Yaşıl Teatr”da baş tutan konsertində Röya həm tamaşaçılara, həm də qonaq qismində qatılan xalq artisti İlhamə Quliyevaya sürpriz edib.

Axşam.az-ın məlumatına görə, sənətçi səhnədə mahnısını ifa etdikdən sonra İ. Quliyevanı salamlayıb.

Ardından isə “Azərbaycanın xalq artisti, “Şöhrət” ordenli, primaddonamız İlhamə Quliyeva” deyərək ona hədiyyə gətirdiyini bildirib.

Röya xalq artisti üçün aldığı brilyant üzüyü Zamiqin onun barmağına taxmasını istəyib.

Fotoqraf: Rəşad Abbasov