“Onun atası” təqdim olunacaq

“Onun atası” təqdim olunacaq
926 dəfə oxunub
  • A-
  • A
  • A+

YARAT Müasir İncəsənət Məkanında rejissor Zamin Məmmədovun ekranlaşdırdığı “Onun atası” filmi sentyabrın 13-də təqdim olunacaq.

Axşam.az xəbər verir ki, psixoloji dram janrında çəkilən film Qarabağ müharibəsinin fəsadlardan bəhs edir.

Filminin ssenari müəllifi və quruluşçu rejissoru Zamin Məmmədov, quruluşçu operatoru Əli Sultan, quruluşçu rəssamı Arif Niftiyev, icraçı prodüseri Rəhim Sadıqov, prodüseri Müşfiq Hətəmovdur. Rollarda Şamil Süleymanlı, Məbud Məhərrəmov, Ülviyyə Rza və başqaları çəkilib.

Filmdə ailə başçısı olan jurnalistin müharibədə iştirakından bəhs olunur. Ekran əsərində itkin düşən jurnalistin axtarışları zamanı ailəsinin və yaxınlarının keçirdiyi həyəcan təsvir edilir. Azərbaycan dilində təqdim olunacaq filmin nümayişində hər kəs iştirak edə bilər.

Film saat 19.00-da nümayiş olunacaq.