“Başla görək”də evli cütlüklər yarışacaq

“Başla görək”də evli cütlüklər yarışacaq
2701 dəfə oxunub
  • A-
  • A
  • A+
Yeni mövsümdə iddialı layihələrdən biri də “Xəzər” telekanalında yayımlanan “Başla görək” proqramıdır.

Axşam.az-ın məlumatına görə, əyləncəli şouda artıq evli və nişanlı cütlüklər yarışacaq.

Proqram boyu dəyərli hədiyyələrə sahib olmaq istəyən cütlükləri bir-birindən çətin oyunlar gözləyir.

Gərgin yarışmanın qalib cütlüyü nə az, nə çox düz 11 ədəd qiymətli məişət əşyası qazanacaq. Teleməkanda analoqu olmayan əyləncə şousunda istənilən cütlük yarışa bilər.

Aparıcı Azər Axşamın təqdim etdiyi bu həyəcanlı şounu həftə sonu, şənbə və bazar günləri saat 19:15-də Xəzər Tv-də izləyə bilərsiniz.