“Dostlarım inciməsin, Nadirin tədbiri daha yaxşı idi”

“Dostlarım inciməsin, Nadirin tədbiri daha yaxşı idi”
1118 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Kərim Abbasov həmkarlarının əsəbiləşdirəcək açıqlamalar verib.

Axşam.az-ın məlumatına görə, “Xəzər” telekanalında yayımlanan “Bizim gün” verilişinə qonaq olan Kərim müğənni Nadir Qafarzadənin konsertini çox bəyəndiyini deyib:

“Bu yaxınlarda baş verən konsertlərin bir neçəsinə həmkarlarımın, Nadir Qafarzadənin konsertinə isə özüm, dəvətsiz getdim. Dostlarım məndən inciməsin, hamısından gözəl onun konserti keçdi. Çox maraqlı oldu. Bütün biletlər satılmışdı. Mən içəri keçmək üçün 15 dəqiqə növbə gözlədim.

Gəlin razılaşaq ki, Nadirin bütün mahnıları hitdir. Onun konsertinin biletləri satılmalıdır, mənimki yox ki... O, sənəti üçün əziyyət çəkir, yeniliklər edir. Zəhmətinin qarşılığını da bu cür alır”.