Tanınmış aparıcı Zamiqin konsertindəki qüsurlardan yazdı

Tanınmış aparıcı Zamiqin konsertindəki qüsurlardan yazdı
1637 dəfə oxunub
  • A-
  • A
  • A+

“APA TV” nin tanınmış aparıcısı Ramal Hüseynov müğənni Zamiqin dünən “Yaşıl Teatr”da keçirilən “Bu şəhəri çox sevirəm” adlı solo konserti haqqında fikirlərini bildirib.

Axşam.az saytı aparıcının dunənki gecə ilə bağlı sosial şəbəkədə yazdığı statusunu təqdim edir:

“Zamiqin konsertində idim. Tamaşaçı fikrimi bildirmək istəyirəm. Repertuara bir söz deməyəcəm. Eşitdiyimiz, bildiyimiz mahnılar...

Konsert başlayanda çox zəif idi. Mahnıların sıralanmasını kim etmişdisə pis alınmışdı. Konsertin adı “Bu şəhəri sevirəm” ola bilər, o demək deyil ki, məhz ilk mahnı o olmalıydı. Ortada da oxuna bilərdi. Konsert başlayanda elə olmalıydı ki hamı "WOW" deməliydi. Məncə ilk mahnı DJ Çinanın hazırladığı bəstə olmalıydı. Gecənin ən yadda qalan və dinamik yeri o idi. Deməli başda xal itirdi.

Zamiqin tez-tez "çox danışmayacam, keçid alıram sıradakı musiqiyə" deməsi hamını qıcıqlandırırdı. Mahnıya keçid almırlar, musiqini bir müğənnı sevənləri üçün oxumalıdır. Radio DJ-i bəlkə keçid ala bilər, amma bir müğənni öz mahnılarını sevənləri üçün oxuyar. Çünki bunun üçün hamı yığılıb. Çox danışmayacam deyirdi, hər mahnıdan sonra da söhbət edirdi.

Zamiqin ora gələn qonaqlarına tərif yağdırması yaxşı görünmürdü və pis səslənirdi. Gecənin ulduzu Zamiqdirsə, onlar tərif və heyranlıqlarını bildirməliydi. O, isə hamıya tərif yağdırdı, sanki onlara yalvarıb çağırıb. Orda da deyir ki, xətirləri xoş olsun. Bir kəlimə ilə hamıya təşəkkür etsəydi kifayət idi.

Bunlar xırda məsələ görünə bilər, amma “deletantlıq” əlamətləridir. Mənimlə razılaşmayanlar ola bilər, bu da onların öz düşüncəsidir. Bütün bunlara baxmayaraq Zamiq dostumdur və onu çox sevirəm. Uğurlarına sevinirəm. Yolun açıq olsun Zamiq”.