"Bu, içimdə qanayan bir yaradır" - Röya

"Bu, içimdə qanayan bir yaradır" -  Röya
5696 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Röya Ayxan Türkiyənin “Sabah” qəzetinə müsahibə verib.

Axşam.az müsahibəni ixtisarla təqdim edir:

- “Yolun açıq olsun” mahnısının tarixini danışardınız.

- Sevgi mahnısıdır. İçində bir o qədər də qürurlu duruş var. Nə qədər sevirsə sevsin, doğrular uğruna hər şeydən imtina etməyi bacaran bir qadını əks etdirir.

- Siz də elə qadınsınız?

- Bəli. Bəlli bir nöqtəyə qədər eşq və sevgiyə bağlıyam. Amma o sevginin dəyərli ola və qala bilməsi üçün bəzən ondan imtina etməlisən.

- Azərbaycandan sonra Türkiyədə yeni bir yola çıxdınız. Buna necə qərar verdiniz?

- Həyatımda dəyişməyən tək şey dəyişmək sərhəddim. Göbək adım "yenilik"dir (gülür). Həyatımda nəsə qaydasına girdiyi an başqa maraqlar axtarıram. Bu, bir qərar yox, bir ehtiyacdır. Azərbaycanda qarşıma qoyduğum bütün hədəfləri gerçəkləşdirdim. Yeni hədəflər lazım idi, ona görə də buradayam.

- Nə kimi hədəflər ola bilir?

- Yeni adamlara səsimi eşitdirmək, daha çox insan tərəfindən sevilmək.

- Hədəflər arasında şan-şöhrət, pul yoxdur?

- Hədəf şöhrət və pul olsa, bacarıq və sevgini də tapa bilərsiniz. Sevilmək və istedadlı olmağı bacarsanız, sevgi də gəlir, şöhrət də.

“SEVMƏDİYİM İNSANLARLA İŞLƏYƏ BİLMƏRƏM”

- Kənar bir gözlə özünüzə baxsanız, Türkiyədə hansı nöqtədə özünüzü görürsünüz?

- İnsanın tərəfsiz halda özünə baxması çətindir, amma yenə də sınaqdan keçirim: Məncə Röya, hər an sağlam addımlar atan, hər işində növbətisinin üzərinə daha sağlam ayaq basan və bir mərhələ qalxan qadındır. Bu günü dünəndən daha yaxşı olsun deyə, çalışır. Türkiyədə təqdim etdiyi dörd mahnı ilə bunu bacardığı görünür.

- Hər zaman yaxşı adlarla işbirliyi qurdunuz. Çalışdığınız insanları hansı xüsusiyyətlərinə görə seçirsiniz?

- Ürəyimə görə... İşini sevdiyim insanla çalışmaq istəyirəm. Sadəcə bacarıqlıdır deyə, onunla işləmərəm. Digər tərəfdən, onların da eyni şeyi hiss etməsi lazımdır. Sevmədiyim insanla işləmərəm.

- Mahnı oxuyanda türk dilində gözəl ifadə edirsiniz, amma müsahibədə çətinlik çəkirsiniz.

- Bu, içimdə qanayan bir yaradır və bunu tezliklə həll etmək məcburiyyətində olduğumu bilirəm (gülür). Həm Azərbaycan, həm də rus dilində danışıram. Mən tənbəlliyin qurbanı oldum. Yazılı müsahibələrdə düzgün cümlə qururam, çalışdığım mahnıları oxuya bilirəm. Televiziya reportajlarında hələ ola bilməli nöqtədə deyiləm. Çox çalışıb, bunu da həll edəcəyəm.