“Tolikin hərəkəti xoşuma gəlmədi”

“Tolikin hərəkəti xoşuma gəlmədi”
1256 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Əbdül Xalid prodüser Tolikin onun “Atam icazə verdi” mahnısı ilə bağlı fikirlərinə cavab verib.

Axşam.az-ın məlumatına görə, 106.3 FM radiosunda yayımlanan “Müleyli” şousuna telefonla bağlanan sənətçi prodüserə iradlarını bildirib:

“Mən demirəm ki, böyük bəstədir, simfoniyadır, əsərdir… Adi bir mahnıdır, bugünkü sərbəst həyat tərzi keçirən gənclərimiz üçün səsləndirmişəm. Tolikin fikirləri qərəzlidir. Mənə dahi sənətkarlarımız qiymət verib. Xalid dünən cücərib çıxmayıb ki, onu tənqid hədəfinə çevirib. Əgər dostumdursa, zəng vurub, iradını deyərdi şəxsən özümü söyləyərdi, tamaşaçı, dinləyici qarşısında bunları deməzdi. Onun bu hərəkəti xoşuma gəlmədi. Tolikə demək istəyirəm ki, mən hər şeyi yaxşı bilirəm, elə sən də…”.

Qeyd edək ki, Tolik Xalidin mahnısı haqqında bu sözləri demişdi:

"Atam icazə verdi" tərbiyəsiz bir mahnıdır. Burada işlənən sözlər, mövzu etikadan kənardır. Məncə bu mahnını təbliğ etmək çox pisdir".