Aygün Kazımovadan sürpriz

Aygün Kazımovadan sürpriz
2281 dəfə oxunub
  • A-
  • A
  • A+

Hazırda İstanbulda olan xalq artisti Aygün Kazımova həftə sonu vətənə qayıdacaq.

Axşam.az-ın məlumatına görə, müğənninin gəlişinin səbəbi sənətçi Sevda Yahyayevanın konsertinə qatılmaqdır.

106.3 FM-də yayımlanan aparıcı Kazımın “Müleyli” şousuna telefonla bağlanan xalq artisti verilişin qonağı olan Sevda üçün sürpriz hazırladığını deyib:

“Sevdaya hər zaman dəstək olmuşam. Hətta “Yeni ulduz” vaxtından onu izləyirdim. Konsertinə mütləq gələcəm. Özü də Sevda üçün sürpriz hazırlamışam”.