“Mənim üçün ən cazibədar kişi odur”

“Mənim üçün ən cazibədar kişi odur”
4885 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Günay İbrahimli bəyəndiyi kişi obrazından söz açıb.

Axşam.az-ın məlumatına görə, sənətçi yerli şou-biznesdə heç bir müğənnini cazibədar hesab etmir:

“Səhnədə gözyorucu müğənnilərimiz çoxdur. Məncə sənətçi tez-tez imicində, geyimində dəyişikliklər etməlidir. Hətta bəzən elə müğənni olub ki, özünə demişəm ki, səhnə geyimin yaxşı deyil, filan libas sənə daha çox yaraşırdı.

Azərbaycan şou-biznesində heç bir kişi ifaçını cazibədar hesab etmirəm. Amma geyim tərzlərinə və baxımlı görünmələrinə görə Zamiqlə Elçini bəyənirəm. Hər zaman fərqli imicdə olurlar.

Mənim zövqümə görə, ən cazibədar və yaraşıqlı kişi Antonio Banderasdır”.