Arif Məlikova həsr olunan konsert - fotolar

Arif Məlikova həsr olunan konsert -  fotolar
335 dəfə oxunub
  • A-
  • A
  • A+

Bəstəkar Arif Məlikovun ad günü münasibəti ilə Rəşid Behbudov adına Mahnı Teatrında bəstəkarın əsərlərindən ibarət konsert keçirilib.

Axşam.az xəbər verir ki, konsertdə A.Məlikovun musiqiləri əməkdar artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Ramil Qasımovun ifasında səslənib.

Konsert dirijor Cavad Tağızadənin rəhbərliyi ilə Azərbaycan Televiziya və Radiosunun Tofiq Əhmədov adına Estrada Simfonik Orkestri müşayiəti ilə baş tutub. Konsertdə Ramil Qasımovun ifasında Arif Məlikovun bəstəsi olan “Dənizdə ay çiməndə”, “Gözlərinin dünyası”, “Günəş”, “Təzə ilim”, “Necədə xoşbəxtəm”, “Yaşatdı məni”, “Sən bizə təbiət oyananda gəl”, “Azərbaycan”, “Qonaq gəl bizə” musiqi əsərləri səslənib. Tədbirdə 83 yaşını tamamlayan sənətkarın özü də iştirak edib və konserti sonadək izləyib.

Tədbirin sonunda səhnəyə dəvət olunan səbəbkar bu konsertə görə minnətdarlığını bildirib və konsertdən zövq aldığını dilə gətirib.