"Sultan Süleyman" Yunanıstanda turizm obyekti açır

"Sultan Süleyman" Yunanıstanda turizm obyekti açır
1306 dəfə oxunub
  • A-
  • A
  • A+

Yunanıstanın “Real News” dərgisi “Muhteşem Yüzyıl” serialında "Sultan Süleyman" rolunu oynayan aktyor Halit Ergençin bu ölkənin Meteora bölgəsində turizm obyekti inşa etdirəcəyini yazıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, yazıda aktyorun jurnal çəkilişi üçün Meteorada olarkən buranı çox bəyəndiyi bildirilib.

Aktyorun dostu və meneceri olan Stavros Aleksiu yayılan məlumatı təsdiqləyib. O, Halit Ergençin dağda yerləşən möhtəşəm yerin inşası üçün yatırım edəcəyini söyləyib.

Bu məkan kafe, restoran və xizək yarışları üçün nəzərdə tutulub.

Nigar MƏHƏRRƏM