Türk modelin çantasında "bomba" həyəcanı - foto

Türk modelin çantasında "bomba" həyəcanı - foto
1782 dəfə oxunub
  • A-
  • A
  • A+
Bayram tətili üçün xaricə gedən türk model Eda Taşpınar Atatürk hava limanında ajotaja səbəb olub.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, o, əl bombası dizaynında olan kosmetik yağı ilə X-Ray yoxlanışından keçərkən təhlükəsizlik xidməti təlaşa düşüb. Bomba olduğu zənn edilən çanta açılancaya qədər ətrafda həyəcanlı anlar yaşanıb.

Bundan sonra model həmin kosmetik məhsulun qablaşdırılmasını dəyişdirəcəyini deyib.