Azərbaycan filmi beynəlxalq festivalda

Azərbaycan filmi beynəlxalq festivalda
1369 dəfə oxunub
  • A-
  • A
  • A+

Mirbala Səlimlinin “Qırmızı bağ” bədii filmi 12-ci Avrasiya Beynəlxalq Film Festivalının əsas müsabiqə proqramına dəvət alıb.

Axşam.az Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, 24-30 sentyabr tarixlərində Qazaxıstanın Almatı şəhərində keçiriləcək festivalda filmin ssenari müəllifi və quruluşçu rejissoru Mirbala Səlimli iştirak edəcək.

Qeyd edək ki, Azərbaycan və Rusiyanın birgə istehsalı olan ekran əsərinin quruluşçu operatoru Maksim Drozdov, quruluşçu rəssamı Leonid Karpov, bəstəkarı Salman Qəmbərov, icraçı prodüserləri Tofiq Musayev, Timur Cəfərov, Nazim Hüseynov, prodüserləri Müşfiq Hətəmov və Timur Vaynşteyndir.

Filmdə baş rolları Maqsud Məmmədov, Gülzar Qurbanova və Taleh Bədiyev və digərləri canlandırıblar.