Onlar da mövsümə başlayır - fotolar

Onlar da mövsümə başlayır - fotolar
2124 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 89-cu teatr mövsümünün ilk tamaşaları sentyabrın 17-də nümayiş etdiriləcək.

Axşam.az Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, açılış günündə saat 12:00-da S.Şeydanın “Tülkü, tülkü, tünbəki”, saat 19:00-da İ.Əfəndiyevin “Məhv olmuş gündəliklər” tamaşaları göstəriləcək.

Tamaşa uşaq şeirlərinin müəllifi Simax Şeydanın “Tülkü tülkü tünbəki” pyesi əsasında hazırlanıb. Eyniadlı səhnə əsərinə teatrın gənc rejissoru Gülnar Hacıyeva quruluş verib. Bədii rəhbəri Xalq artisti Vaqif Əsədov olan tamaşanın quruluşçu rəssamı Elnur Axundov, bəstəkarı Rüfət Ramazanov, rəqslərin quruluşçusu Vüsal Mehrəliyevdir.

Səhnə əsərində Zülfiyyə Alhüseynova, Nuranə Əhmədova, Natiq Fərzəliyev, Elgün Yəhyayev, Yusif Dadaşov, Bəhram Həsənov və Aydın Dəmirov iştirak edəcəklər.

İki hissəli psixoloji dram olan “Məhv olmuş gündəliklər” tamaşasının quruluşçu rejissoru və səhnə tərtibatçısı xalq artisti Vaqif Əsədov, musiqi tərtibatçısı Mixail Simonovski, rəqslərin quruluşçusu Əməkdar Artist Nicat Kazımovdur.

Tamaşada Əməkdar Artistlər Şəfəq Əliyeva, Nəsibə Eldarova, Şövqi Hüseynov, Elşən Rüstəmov, Nicat Kazımov, Rasim Cəfərov, aktyorlar Günel Məmmədova, Şəbnəm Hüseynova, Elnur Hüseynov, Elnur Kərimov, Kərəm Hadızadə, Elşən Çarhanlı və başqaları iştirak edəcəklər.