Fələstinli gözəl podiumda biabır oldu - fotolar

Fələstinli gözəl podiumda biabır oldu - fotolar
4566 dəfə oxunub
  • A-
  • A
  • A+
Nyu-York Moda Həftəsi çərçivəsində təşkil edilən "Michael Kors" dəfiləsində Bella Hadidin başına iş gəlib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, fələstinli gözəl brendin 2017-ci ilə yaz-yay kolleksiyasını təqdim etmək üçün digər məşhur modellərlə birgə podiuma çıxıb.

Lakin birdən müvazinətini itirən model dikdaban ayaqqabılarının üzərində qala bilməyərək sərt şəkildə yerə yıxılıb. İzləyicilər dərhal telefonlarını çıxararaq həmin anları çəkiblər. Bella başın gələnlərə rəğmən ayağa qalxaraq gülümsəyib. Modellərin podiumda yıxılması adi hal olsa da, bu, onların karyerası üçün heç də yaxşı göstərici sayılmır.