İrəvan Teatrı açılışa hazırlaşır

İrəvan Teatrı açılışa hazırlaşır
162 dəfə oxunub
  • A-
  • A
  • A+

Sentyabrın 23-də C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı görkəmli şair-dramaturq Hidayətin “İrəvanda xal qalmadı” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə 135-ci yubiley mövsümünün təntənəli açılış mərasimini keçirəcək.

Teatrdan Axşam.az-a bildirilib ki, Azərbaycan Dövlət Mahnı Teatrında təqdim olunacaq tamaşa ötən əsrin 80-ci illərində Azərbaycanın tarixi şəhəri olan İrəvanda yaşayan həmvətənlərimizin milli zəmində qarşılaşdıqları repressiya və çətinliklərdən bəhs edir. Səhnə əsərinin quruluşçu rejissoru və musiqi tərtibatçısı Nicat Mirzəzadədir.

Tamaşada əsas rolları əməkdar artist Vaqif Kərimov, aktyorlar Əjdər Zeynalov, Zülfiyyə İsmayılova, Şəbnəm Cəbrayılova, Ceyhun Əliyev, Ruhiyyə Paşayeva və başqaları ifa edirlər.