Bakıda açıq hava konserti keçiriləcək

Bakıda açıq hava konserti keçiriləcək
1895 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanda “Avropa İrs Günləri” layihəsinin qeyd edilməsi münasibətilə açıq hava konserti təşkil olunacaq.

Axşam.az Mədəniyyət və Turimz Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan və Avropa bəstəkarlarının klassik musiqi əsərlərinin yerli və xarici turistlər arasında təbliği, eləcə də şəhər sakinlərinin istirahət günlərində asudə vaxtlarının daha səmərəli təşkili məqsədilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestrinin açıq havada konserti təşkil olunacaq.

Konsertdə dahi Azərbaycan musiqiçiləri Üzeyir Hacıbəyli, Qara Qarayev, Arif Məlikov, Aqşin Əlizadə, Vasif Adigözəlov, Fikrət Əmirov və başqalarının dünya şöhrətli əsərlərindən parçalar səsləndirəcək, klassik Avropa bəstəkarları - Volfqanq Amadey Mosart, Astor Piazzolo və Leroy Andersonun əsərlərinə yer veriləcək.

Drijorluğu Fərhad Yusifbəyli tərəfindən həyata keçiriləcək konsertdə, bir sıra beynəlxalq musiqi festivalları laureatları Samirə Cəlilova, Arzu Əliyeva və Taleh Yəhyayevin ifasında vokal nömrələri də səsləndiriləcək. Konsertin bədii rəhbəri Azərbaycan xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru Yeganə Axundovadır.

Konsert 17 sentyabr 2016-cı ildə “Fəvvarələr Meydanında” baş tutacaq.