89-сu mövsüm başladı - fotolar

89-сu mövsüm başladı - fotolar
2284 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı yeni - 89-cu teatr mövsümünü “Tülkü tülkü tünbəki” tamaşası ilə açıb.

Teatrın mətbuat xidmətindən Axşam.az-a verilən məlumata görə, tamaşadan öncə teatrın direktoru, əməkdar artist Mübariz Həmidov, teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanov çıxış edərək yeni mövsümün yenilikləri haqqında danışıblar.

Çıxış edən rejissor və aktyorlar tamaşaçıları və teatrın yaradıcı heyətini yeni mövsüm münasibətilə təbrik ediblər.

Daha sonra uşaq şeirlərinin müəllifi Simax Şeydanın “Tülkü tülkü tünbəki” pyesi əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş etdirilib.

Saat 19:00-da nümayiş olunmuş iki hissəli psixoloji dram olan “Məhv olmuş gündəliklər” tamaşasının quruluşçu rejissoru və səhnə tərtibatçısı Xalq Artisti Vaqif Əsədov, musiqi tərtibatçısı Mixail Simonovski, rəqslərin quruluşçusu əməkdar artist Nicat Kazımovdur.