Model sevgilisini döydü

Model sevgilisini döydü
2095 dəfə oxunub
  • A-
  • A
  • A+

İngilis model Keyt Moss və birlikdə yaşadığı sevgilisi Nikolay Von Bismark arasında dava düşüb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 42 yaşlı model evdə parti keçirən və ortalığı dağıdan sevgilisini döyüb.

Cütlük bir müddət öncə içki içməmək məsələsində razılaşmışdı. Lakin 28 yaşlı Bismark bu razılaşmaya əməl etmədiyi üçün evdən qovulub.

Keyt bir neçə ay öncə də eyni hərəkətlər edən Bismarkı reabilitasiyaya göndərmişdi.

Qeyd edək ki, model hələ də rəsmi olaraq “The Kills” qrupunun solisti Ceymi Hinslə evlidir.