Camalənin "Eurovision"da qalib olan mahnısının klipi

Camalənin "Eurovision"da qalib olan mahnısının klipi
934 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu il "Eurovision"da Ukraynanı qalib edən tatar əsilli Camalə "1944" mahnısının klipini təqdim edib.

Axşam.az-ın məlumatına görə, Camalə onu qalib edən mahnıya klipi müsabiqədən aylar sonra çəkdirsə də, ekran işi maraqla qarşılanıb.

Qeyd edək ki, mahnının siyasi mənası olduğu üçün bəzi tənqidlərlə üzləşmişdi. Belə ki, 1944-cü il martın 18-də 200 min Krım tatarı zorla yarımadadan köçürülüb. O zaman tatarları faşist Almaniyası ilə əməkdaşlıqda ittiham edən Sovet diktatoru İosif Stalin bütöv xalqı cəzalandırmaq qərarına gəlmişdi. Ailəsi köçürülən Cəmalə də Qırğızıstanın Oş şəhərində dünyaya gəlib.