Fransız bəstəkarın Xocalıya həsr etdiyi əsər Mülhaus festivalında - fotolar

Fransız bəstəkarın Xocalıya həsr etdiyi əsər Mülhaus festivalında - fotolar
969 dəfə oxunub
  • A-
  • A
  • A+

Fransanın Mülhaus şəhərindəki “Théâtre de la Sinne” teatrında “Les 2 Mondes” musiqi festivalında “Xocalı 613” adlı simfonik poema ifa edilib.

Axşam.az xəbər verir ki, “Xocalı 613” əsəri Avropa Azərbaycan Cəmiyyəti (TEAS) ilə sıx əməkdaşlıq edən tanınmış fransız bəstəkarı Pyer Tilloy tərəfindən yazılıb və Xocalı faciəsinin 20-ci ildönümünə həsr olunub.

Əsəri azərbaycanlı dirijor Fuad İbrahimovun rəhbərliyi altında Mülhaus Orkestri ifa edib. Bu, azərbaycanlı dirijorun Fransada debüt çıxışı olub.

Daha kiçik qruplarda müxtəlif versiyalarda ifa edilmiş bu əsərin yeni tərtibatında əlavə zərb alətlərindən istifadə edilir və bununla erməni silahlı qüvvələrinin azərbaycanlı mülki şəxslərə qarşı törətdiyi vəhşiliklər vurğulanır.

Əsərdə Nyu York şəhərində yerləşən Cilliard Musiqi Məktəbinin ilk azərbaycanlı məzunu Səbinə Rakçeyevanın skripkada solo ifası və fransalı klarnet ifaçısı Alen Tuaronun interpretasiyası əsərin faciəvi təbiətini nümayiş etdirib.