Musiqili Teatrın repertuarı - oktyabr

Musiqili Teatrın repertuarı - oktyabr
876 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət Musiqili Teatrı 107-ci mövsümün oktyabr ayı üçün repertuar planını açıqlayıb.

Axşam.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, teatrda oktyabr ərzində “O olmasın, bu olsun”, “Baladadaşın toy hamamı”, “Toya bir gün qalmış”, “Qızıl toy”, “999-cu gecə”, “Mən dəyərəm min cavana”, “Kimdir müqəssir?”, “Amerikalı kürəkən”, “Talelər qovuşanda” və başqa tamaşalar nümayiş olunacaq.

Həmçinin rusdilli və balaca tamaşaçılar “Qafqazlı qardaşqızı”, “Fransızsayağı qarnir”, “Düyməcik”, “Qızıl cücə”, “Yağış göbələyinin macərası”, “Bir dayan, canavar!”, “Qırmızı papaq”, “Dəcəl çəpişlər”, “Yatmış gözəl və cırtdanlar” və başqa səhnə əsərlərini izləyə biləcəklər.

Qeyd edək ki, oktyabrın 1-də Dövlət Musiqili Teatrında yeni mövsümün ilk premyerası keçiriləcək. Həmin gün kiçik yaşlı tamaşaçılara Əli Səmədlinin “Meşə çaqqalsız olmaz” nağıl-tamaşası təqdim olunacaq.