"Tufan" Azərbaycan telekanalına müsahibə verdi - video

"Tufan" Azərbaycan telekanalına müsahibə verdi - video
3561 dəfə oxunub
  • A-
  • A
  • A+

ARB TV "Türk şou maqazin" adlı yeni verilişin yayımına başlayır.

Axşam.az xəbər verir ki, proqramda tanınmış türk sənətçilərin özəl müsahibələri yayımlanacaq.  Tamaşaçılar sevilən serial aktyorlarının, tanınmış müğənnilərin açıqlamalarını bu verilişdə izləyə biləcəklər. Proqram hər həftənin şənbə günü nümayiş ediləcək.

İlk buraxılış sabah saat 21:00-da efirə gedəcək. Verilişin qonağı "Kara sevda" serialında "Tufan" obrazını canlandıran aktyor Burak Ceylan olacaq.