Aktyor vətənini lağa qoydu: "İylənmiş..."

Aktyor vətənini lağa qoydu: "İylənmiş..."
1641 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktyor Jerard Depardye italyan qəzeti "Corriere della Sera"ya verdiyi müsahibədə artıq özünü fransız kimi qəbul etmədiyini deyib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Rusiya vətəndaşlığını qəbul edən aktyor keçmiş ölkəsi Fransanı "xaricilər üçün şərab və iylənmiş pendir istehsal edən avaralarla dolu" sözləri ilə xarakterizə edib:

"Fransada insanlar manipulyasiya edilir və heç bir azadlıq qalmayıb. İtaliya Fransaya nisbətən daha yaxşıdır və mədəniyyətini qoruyub saxlayıb".

Aktyor film deyə bir sənətin də artıq məhv olduğunu bildirib:

"Amerikalıların terrorla idarə etdiyi bir dünyada geriyə sadə bir əyləncə qalıb. Kinoda isə ancaq 10 məşhur aktyorla filmlər çəkilir və xüsusi effektlərlə dolu oyunlar hazırlanır".