Tolqahan Sayışman Bakıya gəlir

Tolqahan Sayışman Bakıya gəlir
4529 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, türkiyəli şoumen Beyazıt Öztürk oktyabrda Bakının qonağı olacaq.

Axşam.az-ın məlumatına görə, şoumenin oktyabrın 7-də Heydər Əliyev sarayında baş tutacaq konsertindəki tanınmış qonaqların sayı artıb.

Ayla Çelik, Hakan Altuğ və İrem Derici ilə yanaşı Tolqahan Sayışmanın da Bakıya gələcəyi açıqlanıb.

Təşkilatçı Nahid Emiloğlu əməkdaşımızla söhbətində bildirib ki, daha bir neçə tanınmış həmin gün Bakıya gələrək “Beyaz Live” adlı konsertdə iştirak edəcəklər:

“Kanal D”də yayımlanan məşhur serialların bir neçə aktyoru da paytaxtımıza gələcək. Türkiyədən çəkiliş qrupu gəlib gecəni lentə alacaq. Konsert daha sonra “Kanal D”də “Beyaz şou”da yayımlanacaq”.