26 yaşlı Çağatay Ulusoyun ulduzluq yolu - fotolar

26 yaşlı Çağatay Ulusoyun ulduzluq yolu - fotolar
4342 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünən 26 yaşı tamam olan Çağatay Ulusoy doğum günün təbrik edən fanatlarına sosial media üzərindən təşəkkür edib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, aktyorun sevənlərinin Tvitterdə açdığı "HappyBirthday CagatayUlusoy" heşteqi ən çox danışılan mövzulardan olub.

Onların bu gözəl jestini cavabsız buraxmayan Çağatay "Zaman sürətlə keçir, Allah hamımıza gözəl işlər görüb gözəl izlər buraxmaya çatacaq qədər ömür versin" yazıb, təbriklərdən çox sevindiyini deyərək təşəkkür edib.

Qeyd edək ki, hazırda "İçerde" serialı ilə ekranlara gələn Çağatay "Adını Feriha qoydum", "Emirin yolu", "Medcezir" serialları ilə məşhurlaşıb. "Best model of Turkey"in birincisi olan Ulusoyun adı qalmaqallarda da çəkilib. O, narkotiklə mübarizə idarəsinin əməliyyatı zamanı həbs olunan 30 məşhurdan biri olub.

"Medcezir" serialında tərəf müqabili Serenay Sarıkaya ilə sevgili olan aktyorun adıyla bağlı müxtəlif şayiələr yayılsa da, hazırda sevgilisi olmadığını deyir.

Ç.Ulusoy hazırda Türkiyənin ən uğurlu gənc ulduzu sayılır. O, Türkiyədə "Altın Kelebek" də daxil olmaqla, bir çox mükafatlandırmada "Ən yaxşı aktyor" nominasiyasına layiq görülüb.