Türkiyənin reytinqli serialından böyük biabırçılıq - video

Türkiyənin reytinqli serialından böyük biabırçılıq - video
51428 dəfə oxunub
  • A-
  • A
  • A+

10 ildən çoxdur davam edən "Arka sokaklar" serialı dünən yeni mövsümə başlayıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, lakin ilk seriyada baş verənlər sosial mediada lağ obyekti olub. Rejissorun böyük səhvi tamaşaçıları ələ salmaq kimi qələmə verilib.

Belə ki, ötən mövsümün sonunda xəstəxanada böyük partlayış olmuşdu. Bu mövsüm hadisə yerində olan Rza və komandasından kiminsə öləcəyi təxmin edilirdi. Lakin bombanın düz yanında olan qəhrəmanların heç biri xəsarət almayıb. Digər tərəfdən, bomba partladığı an çöldə olanlar yerə yıxıldığı halda, yanında bomba partlayan içəridəkilərin dərhal ayağa qalxması diqqət çəkib.

İzləyicilər "bunlar türk tamaşaçılarını lağa qoyurlar" şəklində etirazlarını paylaşıblar.