Tanınmışlar “Sağlamlıq – 2016”da oxudu - fotolar

Tanınmışlar “Sağlamlıq – 2016”da oxudu -  fotolar
1741 dəfə oxunub
  • A-
  • A
  • A+

Rabitə və yüksək texnologiyalar sahəsi işçilərinin peşə bayramının və ölkəmizdə telefon rabitəsinin yaradılmasının 135 illiyi ilə əlaqədar keçirilən “Sağlamlıq – 2016” rabitə işçilərinin Respublika Spartakiadasına start verilib.

Axşam.az-ın məlumatına görə, mərasimdə rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Aqil Dadaşov, rabitə birlik müəssisələrinin nümayəndələri, idman cəmiyyətlərinin təmsilçiləri iştirak ediblər.

Spartakiadanı açıq elan edən rabitə və yüksək texnologiyalar nazirinin Ə.Abdullayev ölkəmizdə idmanın dinamik inkişafından, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin idmana qayğısından, bu diqqət və qayğının təzahürü kimi idmançıların beynəlxalq arenalarda göstərdikləri uğurlu nəticələrdən söz açıb.

O, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin himayəsi ilə qadınlardan ibarət “Telekom” voleybol klubunun 2017-ci ildə Avropa çempionatının qrup mərhələsinə vəsiqə qazanmasını idman ictimaiyyətinin uğuru kimi qeyd edib.

Açılış mərasimində əməkdar artist Ədalət Şükürov, müğənni Günay İbrahimli, Ceyhun Əliyev və başqaları mahnılar səsləndirib.

Qeyd edək ki, idmanın 9 növü (atletika, voleybol, stolüstü tennis, kəndirdartma, mini-futbol, şahmat, nərd, dama və güllə atıcılığı) üzrə keçirilən yarışlarda  Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan qurumları təmsil edən 14 komanda, 500-dən artıq idmançı iştirak edəcək.

Yarışlar sentyabrın 24-dən oktyabrın 25-nə qədər keçiriləcək.