Ebru Şallıdan Cemin "dostuq" sözünə etiraz

Ebru Şallıdan Cemin "dostuq" sözünə etiraz
2564 dəfə oxunub
  • A-
  • A
  • A+
Cem Yılmazın "Ebru çoxdan tanıdığım və sevdiyim dostumdur" sözlərinə Ebru Şallıdan sərt cavab gəlib.

Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, bu yay Çeşme istirahətində yaxınlaşan Ebru Şallı və Cem Yılmazın münasibəti qısa davam edib. Şallı "Hələ birlikdəyik" deyərkən, Yılmazın bunu inkar etməsi hər kəsi təəccübləndirib.

Model bışaqla kəsilən və qanıyan əlinin fotosunu paylaşaraq, mesaj göndərib. Fotodakı bıçaq Cem Yılmazın yaxınlarına bağışladığı bıçaqdandır. Həmin brendin fanatı olan Yılmaz qardaşı Can Yılmaza da bu yaxınlarda bıçaqdan bağışlayıb. Can onunla fotosunu paylaşıb.

Ebrunun bıçağının üstündə ürək fotosu olması diqqət çəkib. Şallı bununla Cemin "dost" ifadəsinin yalan olduğunu göstərməyə çalışıb.