Demet Akalın: “Səhər saat 6-da evlənmə təklifi etdi” - fotolar

Demet Akalın: “Səhər saat 6-da evlənmə təklifi etdi” - fotolar
11637 dəfə oxunub
  • A-
  • A
  • A+

Türk müğənni Demet Akalın və həyat yoldaşı Okan Kurt “Kanal D”də “Var mısınız Yok musunuz” yarışmasında iştirak ediblər.

Axşam.az “Kanal D”yə istinadən xəbər verir ki, veriliş zamanı aparıcı İlker Ayrıkla söhbət edən Demet Akalın Okanla evlilik tarixçəsini danışıb.

44 yaşlı ifaçı Okanla ortaq dostları ilə iştirak etdiyi tədbirlərdən birində tanış olduğunu deyib:

“Okan özündən danışırdı. Təhsili, işi və digər xüsusiyyətləri barədə çox danışdı. Öz-özümə fikirləşdim ki, “Mən bu oğlanla evlənəcəm”. İçimə elə bir hiss doldu. Zaman keçdi və bu hissim gerçək oldu. Yaxşı ki, onunla evlənmişəm”.

İfaçı Okanın evlilik təklifi etməsinin maraqlı bir hadisə ilə əlamətdar olduğunu da bildirib:

“Sevgili olduğumuzda 1 gün ayrıldıq. Səhər saat 6-da gördüm qapı döyülür. Açdım, gördüm ki, Okandır. Dedi “Sənə bu vaxta qədər eşitmədiyin bir şeyi deyəcəyəm”. Mən də açdım. Həmin vaxt evlənmə təklifi etdi”.