Aktyorlar arasında dava düşdü

Aktyorlar arasında dava düşdü
6502 dəfə oxunub
  • A-
  • A
  • A+

“Fox TV”də yayımlanan “Hayat sevince güzel” serialının çəkiliş meydançasında dava düşüb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, son vaxtlar Hakan Meriçlilərin çəkilişlərə gecikməsi Ali Erkazanı əsəbiləşdirib.

O etirazını bildirdikdə, iki aktyor arasında dava düşüb. Ətrafdakıların müdaxiləsindən sonra ara sakitləşib, Ali Erkazan isə çəkiliş meydançasını tərk edib

Aktyorlar arasındakı bu gərginliyin seriala təsir edib-etməyəcəyi növbəti günlərdə məlum olacaq.

Qeyd edək ki, serialda H.Meriçililər “Şinasi”, A.Erkazan isə “Muhtar Soylu” obrazını canlandırır.