"Sənətdən yoruldum" - Samira

"Sənətdən yoruldum" -  Samira
1230 dəfə oxunub
  • A-
  • A
  • A+

“Uşaq vaxtı bu sənətin dəlisi idim. İndi anlayıram ki, heç nəyin dəlisi olmaq lazım deyil. Hər şeyi qədərində sevmək lazımdır”.

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Samira Allahverdi “ATV maqazin onlarla” verilişinə açıqlamasında deyib.

Sənətçi bildirib ki, şou-biznes aləmindəki yalançı dostluqlardan yorulub:

“Bir-iki tamaşaçın səni layiqli sevsə, bəsdir. Sənətdən yorulmadım, süni, yalançı dostluqdan yoruldum. Təqdimatlar olur, hamı elə-belə gəlir. İnsanlar və zaman dəyişdi. Bunlar məni yordu. Sənətdən uzaqlaşsam, evdə oturub, övladlarıma baxmaq istəyərdim”.