Xatirə yenidən ana olmaq istəyir

Xatirə yenidən ana olmaq istəyir
4657 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Xatirə İslam ikinci dəfə ana olmaq istəyir.

Axşam.az-ın məlumatına görə, sənətçi “ATV maqazin onlarla” verilişində məsələ ilə bağlı bunları deyib:

“Elə bir şey olsa, danışacam. Oğlan kimi adamam, belə söhbətlər xoşlamıram, utanıram".

X.İslam həyat yoldaşı Fəxrəddinin ona tutduğu iradlardan bəhs edib:

“Hərdən evdə “gələjəm” deyirəm, yoldaşım əsəbiləşir. Deyir, “gələcəm” de, axı efirdə belə danışmırsan. Müğənnilərin bəziləri efirdə o qədər bədii dildə tanışırlar ki, özləri də mənasını başa düşmür. Özüm kimi olmaq istəyirəm, yalandan niyə danışım".

Qeyd edək ki, Xatirə və Fəxrəddin cütlüyünün Emil adlı bir oğlu var.