İlham Əliyev və ailə üzvləri səs verdi - fotolar

İlham Əliyev və ailə üzvləri səs verdi -  fotolar
3649 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan prezidenti İlham Əliyev xanımı Mehriban Əliyeva və ailə üzvləri ilə birlikdə səs verib.

Axşam.az xəbər verir ki, İlham Əliyev Bakı şəhərinin 29 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsinə daxil olub səsvermə bülletenini alaraq kabinəyə keçib və sonra bülleteni qutuya salıb.

Bu anı respublikamızın və xarici ölkələrin mətbuat orqanlarının, televiziya kanallarının nümayəndələri izləyiblər.

Sonra birinci xanım Mehriban Əliyeva və ailə üzvləri səs veriblər.

Qeyd edək ki, sentyabrın 26-da ümumxalq səsverməsinə çıxarılan Referendum Aktında Konstitusiyanın 23 maddəsinə dəyişikliklər edilməsi və onun altı yeni maddə ilə tamamlanması nəzərdə tutulur.