"Kara sevda"nın "Tufan"ı: "Finalda Emiri öldürəcəm"

"Kara sevda"nın "Tufan"ı: "Finalda Emiri öldürəcəm"
7603 dəfə oxunub
  • A-
  • A
  • A+

"Kara sevda" serialında "Tufan" obrazını canlandıran Əli Burak Ceylan ARB TV-nin "Türk şou-maqazin" verilişinə eksklüziv müsahibə verib.

Axşam.az-ın məlumatına görə, tanınmış aktyor sevilən serial haqda bunları söyləyib:
 
“Hər şey çox gözəldir. Çox yaxşı gedir. Bir çox ölkədə yayıma giririk. Televiziyada olan reytinqlərimiz, internet üzərindən baxışlarımız olduqca yaxşıdır. İzləyicilərimizin şərhləri çox gözəldir. Azərbaycanlı dostlarımızın, qardaşlarımızın yazdıqları bizi çox sevindirir. Qardaş ölkənin televiziyasının bizə qonaq olacağını eşitdikdə belə çox sevindik”.

"Rolunuza görə sizi tənqid edənlər olubmu?" sualına Əli Burak Ceylan belə cavab verib:
 
“Əslində əvvəllər bu çox olurdu. Bir aktyor bütün rolları qəbul etməlidir. Bütün xarakterləri bilməlidir. Amma əslində hər aktyor hər xarakteri, hər rolu qəbul edə bilmir. Serialda olan “Tufan” rolu heç də pis xarakter deyil. Əvvəllər xoş olmayan, mənfi bir xarakter adlandırmışdılar. Ancaq əslində “Tufan” rolu, mənfi rolda olan birinin yanında, elə məhz mənfi görünməyə məcbur olan, nə müsbət, nə də mənfi bir xarakterdir. Arada qalmış bir roldur. “Tufan” qisas yolunda addımlayır. Bəzən kimlərinsə ölümünə səbəb olur. Amma bunun üçün də səbəbləri vardır. Çünki bütün bunların hamısını sevdiyi xanım üçün edir. İllərdir ayrı qaldığı, qovuşmaq istədiyi anası üçün edir bunları”.

Serialda 6 ildir eyni qadını sevən aktyor, həyatda heç bir vaxt aşiq olmadığını da bildirib:
 
“26 yaşım var. Amma heç bir zaman aşiq olmamışam. Bu hislər necə olur, bilmirəm. Amma buna baxmayaraq 6-7 ildir bir qadını olduqca çox sevir “Tufan”. Mən normalda bir insandan xoşum gəlmirsə, necə olur olsun ona bunu hiss elətdirərəm. Amma bu “Tufan” 6-7 ildir “Emir”dən xoşu gəlməsə belə, onun dediklərini edir. Nə deyirsə, onu da edir”.

Hər kəsi maraqlandıran ““Tufan” “Emir”i öldürəcəkmi?” sualına Əli Burak Ceylan bu cavabı verir:
 
“Hər kəs soruşur ki, Emiri nə vaxt öldürəcəksən (gülür)? Deyəsən, finalı bu cür edəcəyik. Ssenaridə belə bir şey yoxdur. Amma onu da deyim ki, biz tamaşaçılardan sadəcə bir addım irəlidə gedirik. Biz bölüm efirə getdikdən dərhal sonra ssenariləri əldə edirik. Ona görə tam olaraq qarşıdakı günlərdə nə olacaq deyə dəqiq bir şey deyə bilmərik. Hər şey isti-isti olur. 8-9 bölümü birdən çəkib hazır saxlamırıq”.

Əlavə məlumatları ilə də maraq doğuran aktyor hər gün 3-4 səhifə yazdığını bildirib:
 
“Mən hər gün yazıram. 3-4 səhifə. Sonra kimlərinsə əlinə keçməsin deyə yandırıram. Bu həyatda hər kəsin içərisində bir xəzinə var. Kimsəyə deyilməyəsi və ya deyilə bilməyəsi, bundan əlavə kimlərinsə başa düşməyəcəyi. Ona görə də yazmaq mənim dərmanımdır. Qələm ən yaxın dostumdur. Səhifələr yaxın yoldaşımdır".