Ancelina Coli uşaqları da götürüb Bred Piti tərk etdi

Ancelina Coli uşaqları da götürüb Bred Piti tərk etdi
3693 dəfə oxunub
  • A-
  • A
  • A+

Ancelina Coli və Bred Pitin boşanma xəbəri ətrafında müxtəlif şayiələr və söz-söhbətlər səngimir.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, aktrisanın son zamanlar həmkarı Conni Deplə yaxınlaşdığı iddia olunur. Ember Herddən bu yaxınlarda boşanan Conni çətin günlərində Ancelinanın yanındadır, hətta vəkili də o, aktrisaya məsləhət görüb.

Digər xəbər isə Bred və Ancelinanın dostcasına ayrılmadığı haqdadır. Onlar artıq bir-biri ilə əlaqə saxlamırlar. Ancelina uşaqları da götürərək evi tərk edib. İddialara görə, o, Bredin uşaqlara qarşı kobdu rəftarını sevmədiyi üçün ondan boşanır və 6 uşağını özü böyütmək istəyir.

Aktrisa hazırda Los-Anceləsdə, aylığı 98 min dollar olan evə köçüb. Onun qonşuları həmkarları Culiya Roberts və Şon Penndir.