"Kösəm Sultan"da bu mövsüm nələr olacaq? - video+foto

"Kösəm Sultan"da bu mövsüm nələr olacaq? - video+foto
1929 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyə ilə yanaşı dünyanın bir çox ölkəsində izlənilən "Möhtəşəm yüz il: Kösəm" yeni mövsümdə fərqli aktyor heyəti ilə ekranlarda olacaq.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, oktyabrdan etibarən Fox TV-də start götürəcək ekran işində Osmanlı sarayının ən güclü qadını Kösəmlə oğlu IV Muradın mübarizəsi əsas mövzu olacaq.

"Kösəm Sultan"ı Nurgül Yeşilçay, IV Muradı isə "Medcezir" serialından tanınan Metin Akdülger canlandıracaq. "Bağdad Fatehi" Muradın sevgilisi, şahzadə Farya roluna isə "Kurt Seyit ve Şura"nın ulduzu Farah Zeynep Abdullah çəkilib.

Anası Kösəm Sultanın kölgəsində simvolik bir hökmdar kimi keçən uşaqlığının ardından dövlətin idarəsini əlinə almağa çalışan IV Murad Osmanlının ən güclü hökmdarlarından biri olaraq xalqın sevimlisi, düşmənlərinin isə hədəfi olacaq. Yolundakı ən böyük maneə isə anası Kösəmdir.

Serialda keçən mövsüm olduğu kimi yenə də ulduzlar keçidi yer alacaq. Bu mövsüm Caner Cindoruk, Aslı Tandoğan, Necip Memilli, Engin Benli, İsmail Demirci, Ushan Çakır, Metin Belgin, Ece Çeşmioğlu, Leyla Feray, Alma Terzic və Şemsi İnkaya layihəyə qoşulublar.