“Səhnəyə çıxaraq xəstəliyə qalib gələcəm” - fotolar

“Səhnəyə çıxaraq xəstəliyə qalib gələcəm” - fotolar
4500 dəfə oxunub
  • A-
  • A
  • A+

“Ellerim bomboş” mahnısıyla yaddaşlarda qalan türk müğənni Fatih Erkoçun limfoma xərçənginə qarşı mübarizəsi davam edir.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hazırda kimyoterapiya müalicəsi alan 63 yaşlı ifaçının saçları tökülüb.

Bodrumda işlədiyi restoranda görüntülənən F.Erkoç, mübarizə edərək xəstəliyə qalib gələcəyini deyib:

“Səhnəyə çıxaraq, çalışaraq və Bodrumda yaşayaraq xəstəlikdən xilas olacam. Buna qalib gəlməyin yolu yüksək motivasiyadır”.