Sirri açılmayan lənətli ada - fotolar

Sirri açılmayan lənətli ada - fotolar
18566 dəfə oxunub
  • A-
  • A
  • A+

İtaliyanın Neapol şəhərindəki “Qaiola adası” gözəl mənzərəsi ilə yanaşı lənətli olması ilə də tanınır.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, adaya lənətli deyilməsinin tarixçəsi 1920-ci illərə dayanır.

Belə ki, buraya ilk köçənlərdən olan isveçrəli Hans Braun adlı şəxsin cəsədi xalıya bükülmüş halda tapılıb. Onun həyat yoldaşı isə həmin adada boğularaq ölüb.



Adadın növbəti sahibi alman Otto Qrunbak adlı şəxs də orada vəfat edib. Karl Paul adlı milyarder isə adanı aldıqdan sonra müflis olub.

Giani Aqnelli adlı şəxs adaya sahib olduqdan sonra qohumları bir-bir ölüb. Oğlu isə mafiya tərəfindən oğurlanıb.



Adanın son sahibi Gianpasquale Qrappone isə cinayət həbs edilib. Onun öldürdüyü şəxs qonşu adadakı iki nəfər olub.



90 ilə yaxın müddətdə sahiblərinin faciəli sonu ilə yadda qalan bu adanın lənətli sirri hələ də açılmayıb.