Müğənni 153 nəfəri məhkəməyə verdi - foto

Müğənni 153 nəfəri məhkəməyə verdi - foto
2955 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə 15 iyul hərbi çevrilişə cəhd gecəsindən sonra avqustun 7-də İstanbulda keçirilmiş “Demokratiya və Şəhidlər Mitinqi”ni şou adlandıran müğənni Sıla Gəncoğlunu tənqid edən Davud Güloğlu sosial mediada təhqirlərlə üzləşib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçı onu təhqir edən 153 nəfəri məhkəməyə verib.

Onların arasında “Habertürk” qəzeti və orada çalışan jurnalist İpək Durkal da var.

Müğənninin vəkili bildirib ki, D.Güloğlu mitinqlərdə hər zaman ön cərgələrdə yer alıb və onun haqqında səsləndirilənlər həqiqəti əks etdirmir.