Şou əhli yayda harada dincəldi? - video

Şou əhli yayda harada dincəldi? -  video
3038 dəfə oxunub
  • A-
  • A
  • A+
“ARB Ulduz”un efirində yayımlanan "Şou məkan" verilişi tanınmışlar arasında sorğu apararaq, onların bu yayı necə keçirdiyini öyrənib.

Axşam.az sorğunu təqdim edir:

Elton Hüseynəliyev: "Yayı Bodrumda keçirdik. Anam, qayınanam, yoldaşım, uşaqlarımla birgə oldum. Oradan da İstanbula getdik. Çünki anam İstanbulda olmamışdı. Daha sonra isə öz rayonlarımıza yollandıq".

Ayaz Qasımov isə Gürcüstanda istirahət etdiyini bildirib: "Gürcüstandan başqa öz bölgələrimizdə də dincəldik: Qaxda, Qəbələdə, İsmayıllıda".

Elçin Cəfərov: "Yayı Antalyada keçirdim. Qayıdandan sonra Zaqatala, Qəbələdə oldum".

Nazim Məmmədov: "Yayın çox hissəsini öz gözəl guşələrimizdə keçirdim. Bir həftə isə Türkiyədə oldum".

Məleykə Əsədova isə qonşu ölkələrdə istirahət fikrini birdəfəlik beynindən ataraq okeanın o tərəfində dincəldiyini bildirib: "Haitidə istirahət etdim. Las-Veqasda da oldum, okean ətrafında dincəldim".

Faiq Ağayev işlərinin çoxluğundan Bakıdan kənara çıxmadığını qeyd edib: "Bir neçə dəfə dənizə gedib dincəldim".

Sevil-Sevinc bacıları da işləri çox olduğu üçün heç yerə getmədiklərini deyiblər.

Günay İbrahimli həmkarlarından fərqli olaraq bu yayı çox gözəl keçirdiyini bildirib: "Keçən ildən fərqli olaraq həm Bakıda, həm də Türkiyədə istirahət etdim. İndi isə tam gücümlə çalışıram".

Rəqqasə Fatimə: "Ancaq işləmişəm. Yorğunluqdan ölürəm. Amma ailəmlə birgə bir həftəlik İstanbulda da oldum".  

Emil Bədəlov: "Dədə-baba" adəti ilə mən də Antalyada oldum".