Məşhur müğənni İngiltərəyə gəlin köçür - fotolar

Məşhur müğənni İngiltərəyə gəlin köçür - fotolar
2687 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Nez keçən həftə aktyor Eylem Server Ünüvarla nişanlanıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, gözlənilməz nişandan sonra müxbirlərin suallarını cavablandıran Nez ailə qurduqdan sonra İngiltərədə yaşayacağını deyib.

Otellərdən birində baş tutan nişan mərasimində 37 yaşlı ifaçı çox həyəcanlı olduğunu bildirib:

"Nişandakı ilk rəqs mahnısını özüm bəstələmişəm. Eylem məni sevir, qiymət verir. Mən də onu çox sevirəm. Ailəsini İngiltərədən gətirdi və gəlib məni istədilər. Mən də elçilikdə ona duzlu qəhvə hazırladım. Həmin an onun üzünü görsəydiniz... Noyabrda nikah masasına oturacağıq. Sonra bütün dostlarımla vidalaşıb İngiltərəyə gəlin gedirəm. Artıq orada yaşayacağam".